"Football-plus.az" xəbər verir ki, Əlcəzair millisinin 28 yaşlı yarımmüdafiəçisi matçdan əvvəl keçirilən mətbuat konfransında “Qarabağ”ı təcrübəli komanda adlandırıb:
“Komandamızda bu oyunun həyəcanı çox böyükdü. Bunun üçün uzun müddət çalışmışıq və artıq həlledici məqam gəlib çatıb. Söhbət iki oyundan gedir, amma ümid edirik ki, sabah çox vacib bir addım ata biləcəyik. Avropa Liqasında pley-off-a vəsiqə qazana bilməməyimizə görə məyus idik. Evdə “Ferentsvaroş”la matçda yaxşı anlarımız oldu, səfər görüşündə isə öz səviyyəmizdə çıxış etmədik. Bundan sonra diqqəti Konfrans Liqasına yönəltməliyik. İndi burdayıq və “Qarabağ”la oyuna hazırıq. “Qarabağ” təcrübəli komandadı. Futbol oynamağı sevir və meydanda həll yollarını məhz topla oynamaqla tapmağa çalışır. Əsl qüvvələr nisbətinin necə olduğunu sabah meydanda görəcəyik”.
“Tvente” - “Qarabağ” matçı sabah Enşededə keçiriləcək və Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.






