Andrey Kuziçevin yazısı “Azərbaycanın “Sabah”ı möhtəşəm geridönüşdən sonra Çempionlar Liqasında! Qapıçının dəhşətli səhvləri komandanı sındırmadı” adanır.
Müəllif meydanda yaşananları təsvir edəndən sonra yazısını belə bitirib:
“Rusiyalı mütəxəssislərin – Murad Musayevin və ölkə kubokunu qazanan Vasili Berezutskinin bu komandanın inkişafına töhfə verdiyi iddia etmək olar. İndi isə klubda “Rubin”lə “Zenit”in sabiq analitiki Nikita Vasyuxin çalışır. Çempion titulunun və Çempionlar Liqasının əsas mərhələsinə irəliləməyin memarına gəlincə, litvalı Valdas Dambrauskas qrup mərhələsinin biraddımlığında dayanan Bolqarıstan “Ludoqorets”ində edə bilmədiyini Azərbaycanda bacardı”.






