“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya klubunun hədəfindədi.
“Football-plus.az” Rusiyanın məşhur “Sport-ekspress” nəşrinə istinadən xəbər verir ki, “Volqar”a məğlubiyyətdən sonra “Rubin” rəhbərliyi Yuri Utkulubayevi istefaya göndərmək istəyir. Onu əəzləyə biləcək potensial namizədlər arasında “tələbələr”in çalışdırcısının da adı çəkilir. Musayevdən başqa Rəşid Rəhimov, İqor Şalimov və Andrey Talalayev də namzidələr arasında yer alıb.
Rusiyalı həmkarlarımız onu da bildirirlər ki, “Rubin”in menecerləri Musayevlə əlaqə saxlayıb. Lakin “Sabah”ın baş məşqçisi hazırkı klubunu qoyub Rusiyaya dönmək istəmədiyini bildirb. Bu üzdən söhbət danışıqlar masasına keçmədən bağlanıb.
RƏŞAD