''Beşiktaş'' Abrahama görə ''Aston Villa''dan puldan əlavə bu futbolçunu tələb edib

24.01.2026 15:25 13
Dünya futbolu
''Beşiktaş'' ilə ''Aston Villa'' arasında Temmi Abrahamın transferi ilə bağlı danışıqlar davam edir.

"Football-plus.az" xəbər verir ki, Türkiyə mətbuatının yazdığına inansaq, danışıqlarda sürpriz şəkildə Yasin Özcanın da adı gündəmə gəlib.

Belə ki, İstanbul nəhəngi qarşı tərəfdən 21 milyon avro və Yasin Özcanı tələb edib. 19 yaşlı solaxay müdafiəçi də ''qartal''a transfer olunmağın və Türkiyəyə qayıtmağın əleyhinə deyil. ''Kasımpaşa''nın yetirməsi olan Özcan ötən yay 7 milyon avro qarşılığında İstanbul təmsilçisindən ''Aston Villa''ya yollanmışdı. İngilislər də istedadlı türkiyəli futbolçunu təcrübə toplaması üçün dərhal ''Anderlext''ə icarəyə verdi.

Yasin Özcan ilk dövrədə ''Anderlext''in əsas və ikinci komandasında ümumilikdə 10 qarşılaşmaya çıxıb. Bir müddət öncə qeyd olunmuşdu ki, ''Beşiktaş''la razılığa gələ bilmədiyi üçün ''Aston Villa'' diqqətini ''Fənərbaxça''lı Yussef Ən-Nəsiriyə yönəldib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul