“Paltardəyişmə otağında hər kəsin ürəyi ağrıyırdı” – “Hapoel”dən “Sabah”ın tarixi qələbəsinə reaksiya

26.08.2026 13:59 39
Avrokuboklar
"Sabah" Çempionlar Liqasının pley-offunun cavab oyununda "Hapoel"i məğlub etməklə liqa mərhələsinə vəsiqə qazandı.

"Football-plus.az" xəbər verir ki, İsrailin "One" nəşri dünən "Tofiq Bəhramov"da keçirilən qarşılaşmanı bu cür şərh edib:

"Hapoel" Bakıda böyük məyusluq yaşadı. Beer-Şeva təmsilçisini tarixi uğurdan cəmi 18 saniyə ayırırdı. Lakin həmin anda vurulan qol hadisələrin axarını dəyişdi. Əlavə vaxtda vurulan daha bir qol isə onuz da fiziki baxımdan böyük güc itirən komandanın psixoloji durumunu da alt-üst etdi. Bundan sonra "qırmızılar" özünə gələ bilmədi. "Sabah" "Hapoel"in şirin xəyalını dəhşətli kabusa çevirdi. Baxmayaraq ki, beer-şevalılar uzun müddət rəqibin ciddi təzyiqinə tab gətirə bilmişdi".

Həmçinin "One" ağır məğlubiyyətdən sonra ayrılıqların olub-olmayacağını dəqiqləşdirmək üçün klubdakı mənbələrinə müraciət edib. "Hapoel"dən bildirilib:

"Bu hiss ürəkağrısıdı. Tarixi uğurun sona saniyələr qalmış əlinizdən alınmasını təsvir etmək mümkün deyil. Hətta deyərdik ki, bundan daha qəddar bir şey ola bilməz. Paltardəyişmə otağında hər kəsin ürəyi ağrıyırdı. Düzdü, qısa müddətdə bir daha ələ keçməyəcək fürsəti dəyərləndirə bilmədik. Ancaq hazırda günahkar axtarışında deyilik. Bu futboldu. Yıxılmışıqsa, necə ayağa qalxacağımızı bilməliyik".

Xatırladaq ki, "Hapoel" mübarizəni Avropa Liqasının liqa mərhələsində davam etdirəcək.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul