"Qarabağ"ın futbolçusu İsrail klubunun marağında

28.06.2022 13:03 962
Dünya futbolu
"Qarabağ"ın futbolçusu Kadi Borges "Hapoel" (Beer-Şeva) klubunun maraq dairəsinə düşüb.

"Football-plus.az" İsrailin "Sport5" portalına istinadən xəbər verir ki, "Hapoel" "Qarabağ"la danışıqlara başlayıb.

Beer-Şeva təmsilçisi Kadi üçün Ağdam klubuna 400 min avro təklif edib. Amma "Qarabağ"ın Kadini İsrail klubuna buraxıb-buraxmayacağı hələ ki, dəqiq deyil.