Superliqanın sürpriz lideri Montellaya qapıçı məsləhət gördü

25.08.2026 12:31 3
Dünya futbolu
Türkiyə çempionatında 2 turdan sonra sürpriz bir lider var. Hamı ənənəvi olaraq nəhənglərin mövsümə inamlı başlayacağını gözlədiyi halda heç də belə olmadı.

"Football-plus.az" xəbər verir ki, büdcəsinə görə elitada 18 komanda arasında 17-ci pillədə qərarlaşan ''Gənclərbirliyi'' 2 turdan sonra maksimum xal toplayan yeganə kolleltivdi!

Paytaxt təmsilçisi ilk turda evdə ''Fənərbaxça''nı 2:1, ikinci turda səfərdə ''Göztəpə''ni yenib (1:0). Komandanın bu uğurunda əsas pay sahibi qapıçı İrfan Can Eğribayatdı. Özü də ''Fənərbaxça''ya lazım olmayan bu istedadlı qapıçı mövsümün startına cəmi 3 gün qalmış transfer edildi. İlk turda İrfan Can məhz elə ''Fənər''ə qarşı 10 seyv edərək qəhrəmana çevrildi. ''Göztəpə'' ilə oyunda isə o, bir penalti dəf etməklə 6 seyv etdi. 28 yaşlı əlcək sahibi hər iki qarşılaşmada matçın oyunçusu seçildi.

Onun belə başgicəlləndirici startından sonra ''Gənclərbirliyi'' Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montellaya mesaj ünvanlayıb. Klub öz sosial şəbəkə səhifəsində ''yığma komandaya qapıçı məsləhətimiz var'' yazaraq İrfanın şəklini paylaşıb.

Bu paylaşım futbolsevərlər tərəfindən maraqla qarşılanıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul