''Fənərbaxça'' qapıçı transfer etdi

4.08.2022 16:46 387
Dünya futbolu
Ən son Ezgyan Alioskini birillik icarəyə götürən ''Fənərbaxça'' bu yay növbəti - 11-ci keçidini rəsmiləşdirib.

Football-plus.az xəbər verir ki, İstanbul nəhəngi ''Göztəpə''dən istedadlı qapıçı İrfan Can Eğribayatı birillik icarəyə götürüb. Bunun qarşılığında İzmir klubuna 500 min avro ödəniləcək. ''Fənər'' 23 yaşlı əlcək sahibini daimi əsasda transfer edə bilmək hüququnu da ələ keçirib. Əslində ''Fənərbaxça'' Berke Özərin ayrılmasından sonra ikinci qapıçı statusunda olacaq bir əlcək sahibi axtarışında idi. Birinci qapıçı Altay Bayındırın zədələnməsi bu mövzunu yenidən aktuallaşdırdı və komanda İrfan Canı heyətinə qatdı.

Bu gün ''Slovatsko'' ilə qarşılaşmada qapını Ərtuğrul Çətin qoruyacaq. Amma o, mövsümün gedişində 3-cü qapıçı statusunda olacaq. Altayın zədəsi isə o qədər də ciddi deyil və onun həftəsonu superliqanın birinci turunda meydanda olacağı gözlənilir. Qeyd edək ki, ''Adanaspor''un yetirməsi olan İrfan Can Eğribayat 2020-ci ildən ''Göztəpə''nin şərəfini qoruyur. İzmirlilər hər nə qədər ötən mövsüm elitanı tərk etsələr də, İrfan Can öz oyunu ilə seçilməyi bacarmışdı. O, son iki ildə superliqada keçirdiyi 65 oyunun 9-da qapısını toxunulmaz saxlayıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul