"Sabah" bu futbolçusunu Liqa 1 klubuna sata bilər - təklif yoldadı!

25.08.2026 11:00 154
Ölkə futbolu / Aktual
“Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev karyerasını Fransada davam etdirə bilər.

"Football-plus.az" xəbər verir ki, bu barədə Özbəkistanın “Tribuna” nəşri məlumat yayıb.

İddia edilir ki, Liqa 1-də çıxış edən “Lans” 22 yaşlı futbolçunu transfer siyahısına daxil edib. Klubun skautları Özbəkistan millisinin üzvünü mütəmadi izləyir.

“Lans”ın yaxın vaxtlarda Raxmonaliyevin transferi ilə bağlı “Sabah”a rəsmi təklif göndərəcəyi gözlənilir.