"Sabah"ın futbolçusu Özbəkistan millisində

29.08.2025 18:21 10
Ölkə futbolu
“Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev Özbəkistanın U-23 millisinə dəvət alıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçunun adı Özbəkistan millisinin U-23 Asiya Kubokunun seçmə mərhələsi çərçivəsində keçiriləcək Qırğızıstan, Şri-Lanka və Fələstin yığmaları ilə matçlar üçün açıqlanmış heyətə daxil edilib.

Özbəkistan U-23 yığması Şri Lanka ilə sentyabrın 3-də, Qırğızıstanla sentyabrın 6-da, Fələstinlə isə sentyabrın 9-da qarşılaşacaq.

Qeyd edək ki, Umarali Raxmonaliyev bu ilin yanvar ayından "Sabah"ın formasını geyir.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul