Klubu ona 65 milyon avro qiymət qoydu

25.08.2026 10:00 1
Dünya futbolu
Frenki de Yonq komandasını dəyişmək imkanına malikdi.

"Football-plus.az" xəbər verir ki, “Barselona” rəhbərliyi niderlandlı yarımmüdafiəçini satmağa hazırdı. “El Nacional”ın xəbərinə görə, Kataloniya klubu futbolçunu 65 milyon avro dəyərində qiymətləndirib. Baş məşqçi Hans-Diter Flik də onun transferinə razılıq verib.

Mənbənin məlumatına görə, almaniyalı mütəxəssis De Yonqu kapitan sarğısından məhrum edib. Buna səbəb isə futbolçunun zədəsinə baxmayaraq, dünya çempionatına yollanması olub. Nəticədə onun zədəsi daha da ağırlaşıb və uzun müddət yaşıl meydanlardan uzaq qalıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul