"Cəbrayıl"ı alıb, adını dəyişən şəxslər əvvəl "Kəpəz"ə sponsorluq üçün mürəciət edib" - "Xəmsə"nin rəhbəri sirr açdı!

24.08.2026 13:58 52
Ölkə futbolu / Aktual
Bilindiyi kimi, Gəncə artıq peşəkar liqalarda iki komanda ilə təmsil olunacaq. Axı indiyə qədər yalnız premyer-liqada mübarizə aparan "Kəpəz" var idisə, artıq 1-ci liqada çıxış edəcək "Gəncəbasar" da ictimaiyyətə təqdim olunub.

Maraqlıdı, bəs, gəncəli azarkeşlər yeni layihəni necə qarşılayır? Ev oyunlarını Gəncə şəhər stadionunda keçirəcək komandanı həm "doğma divarlar arasında", həm də səfərdə dəstəkləyənlər olacaqmı?

"Football-plus.az" bu sualları "Kəpəz"in ən böyük fanklubu olan "Xəmsə"nin rəhbəri Müşviq Məmmədova ünvanladı. Onun cavabı:

"Bildiyimə görə, "Cəbrayıl"ı alıb, adını dəyişən şəxslər əvvəl "Kəpəz"ə sponsorluq üçün mürəciət edib. Lakin müsbət cavab almadıqları üçün Gəncədə ikinci klub yaratmaq fikrinə düşüblər. Azarkeşlik baxımından başqalarının adından söz deyə bilmərəm. Çünki əhalinin yeni kluba öyrəşməsi üçün çox iş görmək lazımdı. Gəncə camaatının futbola olan marağını nəzərə alsaq, iddialı komandanın dəstəksiz qalmayacağını düşünürəm. Məhz "Xəmsə"nin "Gəncəbasar"ın matçlarında iştirak etməsinə gəlincə, hələ bu barədə qərar verməmişik. Çünki oyunların eyni günə, eyni vaxta düşməsi ehtimalı var. Hər iki komanda ardıcıl günlərdə səfərdə oynasa, bizim üçün çətin olacaq".

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul