"Xəmsə" "Kəpəz"i Tovuzda tək qoyacaq? - AÇIQLAMA

15.10.2023 13:30 420
Premyer-liqa / Manşet
"Kəpəz" Misli premyer-liqasının 10-cu turundan ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcək.

Gəncə təmsilçisinin məkan dəyişməsinin həm azarkeş sayına, həm də nəticələrə necə təsir göstərəcəyi maraqlıdı. Bu haqda "Xəmsə" azarkeş qrupunun rəhbəri Müşfiq Məmmədovun fikirlərini öyrəndik. O, "Football-plus.az"a açıqlamasında komandaını Tovuzda da tək qoymayacaqlarını bildirdi:

"Həmişəki qaydada tribunalarda olacağıq. "Xəmsə" "Kəpəz"in yanındadı. Dediyimiz kimi, nəticələrin düzəlməsi üçün qış fasiləsinə qədər gözləyəcəyik. Ümid edirik ki, həm oyun tərzi, həm də ümumi nəticələr yaxşılaşar. Bizim üçün "Kəpəz"in indiki durumu və gələcəyi çox vacibdi".

KƏNAN BAHADIR