Londondan Birmingemə yollandı

24.08.2026 13:27 111
Dünya futbolu
“Aston Villa” “Vest Hem”dən müdafiəçi Aaron Van-Bissakanı icarəyə götürüb.

"Football-plus.az" xəbər verir ki, 28 yaşlı futbolçu ilə müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub. Ötən mövsüm “Vest Hem”də 27 matçda meydana çıxan Van-Bissaka 2 məhsuldar ötürmənin müəllifi olub.

Qeyd edək ki, Konqo yığmasının üzvü “Kristal Pelas” və “Mançester Yunayted” klublarında da çıxış edib.