Aaron Van-Bissaka “Mançester Yunayted”dən ayrılıb.
Futbolçunu “Vest Hem” transfer edib. London klubunun saytının yaydığı xəbərə görə, 26 yaşlı futbolçu ilə 7 illik müqavilə imzalanıb. Transferin məbləği açıqlanmır. Daha əvvəl yerli mənbələr MY-nin Aaronun satışından təxminən 17,5 milyon avro qazanacağını xəbər vermişdi.
Van-Bissaka “Yunayted”ə 2019-cu ilin iyulunda “Kristal Pelas”dan keçib.