Səid Benrahma “Vest Hem”i tərk edib.
“Football-plus.az” xəbər verir ki, o, karyerasını Fransada davam etdirəcək. “Lion” əlcəzairli yarımmüdafiəçini mövsümün sonuna qədər icarəyə götürüb. 28 yaşlı futbolçu fransızlara 6 milyon avroya başa gəlib. Səid mövsümün sonunda lionlularla daimi əsasda müqavilə bağlaya bilər. Fransa klubu bunun üçün “Vest Hem”ə 14,4 milyon avro ödəməli olacaq.