Məşhur məşqçi bazada yatır

24.08.2026 12:25 0
Dünya futbolu
13 ildən sonra “Real”ın baş məşqçi vəzifəsinə qayıdan Joze Mourinyo işinə böyük bağlılığı ilə diqqəti cəlb edir.

"Football-plus.az" xəbər verir ki, “Madrid Xtra” portuqaliyalı mütəxəssisin bəzi hallarda planlaşdırdığı bütün işləri yerinə yetirmək üçün klubun məşq bazasında gecələdiyini yazıb. Mourinyo daha əvvəl də bunu təsdiqləyərək “Real” mənim evimdi” demişdi.

O, “Real”dakı ikinci məşqçilik dövrünə bu yay başlayıb. Qeyd edək ki, Mourinyo “Real”ı 2010-13-cü illərdə də çalışdırıb. Bu müddətdə komanda ilə İspaniya çempionluğu, İspaniya kuboku və İspaniya superkubokunu qazanıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul