Madridə dönməyə çox yaxındı

17.05.2026 23:38 93
Dünya futbolu
Joze Mourinyo Madridə dönməyə çox yaxındı.

"Football-plus.az" xəbər verir ki, “Real” rəhbərliyi baş məşqçi vəzifəsi üçün onunla razılığa gəlib. “Marca” nəşrinin məlumatına görə, İspaniya klubu hazırda “Benfika”nı çalışdıran portuqaliyalı mütəxəssisin təyinatını tezliklə rəsmən açıqlayacaq. Rəhbərlik ümidləri doğrultmayan Alvaro Arbeloa ilə yolları ayıraraq Mourinyoya işləməyə qərar verib.

Mourinyo “Real”ı 2010-13-cü illərdə çalışdırıb. O, “kral klubu” ilə La Liqa, İspaniya kuboku və İspaniya Superkubokunun qalibi olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul