Klubu ilə yenidən anlaşdı

24.08.2026 10:31 104
Dünya futbolu
Joao Pedro hazırkı klubunda daha uzun müddət çıxış edəcək.

"Football-plus.az" xəbər verir ki, o, “Çelsi” ilə yeni müqavilə imzalayıb. London təmsilçisi 24 yaşlı futbolçu ilə sözləşmənin müddətini 2034-cü ilin yayına qədər uzadıb. Bu haqda “Çelsi”nin mətbuat xidməti məlumat yayıb.

Braziliyalı forvard komandada 2025-ci ilin yayından çıxış edir. Joao ötən müddətdə bütün turnirlərdə 53 oyuna çıxıb, 23 qol vurub və 9 məhsuldar ötürmə edib.

Yeri gəlmişkən, azarkeşlər Pedronu ötən mövsüm komandanın ən yaxşı futbolçusu seçiblər.