Premyer-liqanın tarixinə düşdü

8.04.2025 22:28 5
Dünya futbolu
Bazar ertəsi keçirilən “Nyukasl” ilə oyun Ceremi Monqa üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, o, İngiltərə premyer-liqasında debüt edib. “Lester”in hücumçusu meydana 15 yaş 271 günlüyündə çıxmaqla yüksək liqanın tarixinə 2-ci ən yeniyetmə futbolçu kimi düşüb.

Bu planda rekord 2022-ci ildə “Arsenal”ın formasında 15 yaş 181 günlüyündə olarkən meydana çıxan Etan Nvanyeriyə məxsusdu.