“Atletiko”nun tarixinə düşdü

3.10.2025 22:42 5
Dünya futbolu
Antuan Qrizmann “Atletiko”nun tarixinə düşüb.

"Football-plus.az" xəbər verir ki, 34 yaşlı hücumçu buna Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunun “Ayntraxt”la oyununda (5:1) nail olub.

O, 45-ci dəqiqədə qapıya yol tapmaqla Madrid klubunda vurduğu qolların sayını 200-ə çatdırıb. Fransalı forvard “Atletiko”nun tarixində 200 qol vuran ilk futbolçu olub.

“Atletiko”da çıxış etmiş və hazırda fəaliyyətdə olan oyunçular arasında 2-ci ən çox qol vuran futbolçu hazırda Meksikanın “Tiqres” klubunun formasını geyən Anxel Korreadı (88 qol).