''Neftçi''nin sabiq üzvü Türkiyəyə qayıdır

22.08.2026 20:23 2
Dünya futbolu
Hələ mayın sonlarından ''Neftçi''dən ayrılan və 3 aya yaxındı, klubsuz olan Vensan Abubakar Türkiyəyə qayıtmağa yaxındı.

"Football-plus.az" xəbər verir ki, 1-ci liqa təmsilçisi ''Bodrum'' ona rəsmi təklif irəli sürüb. Azad agent statusunda olan 34 yaşlı kamerunlu forvardın 2 gün ərzində Bodruma gələrək transferin so detallarını müzakirə edəcəyi və rəsmi müqaviləyə imza atacağı gözlənilir. Bu məlumatı ''NTV Spor'' paylaşıb.

Abubakar daha öncə Türkiyədə ''Beşiktaş'' və ''Hatayspor''da çıxış edib. İstanbul nəhəngi ilə iki dəfə çempion olub. Paytaxtımıza isə bu futbolçu ötən ilin oktyabrında təşrif buyurmuşdu. O, 7 aylıq ''Neftçi'' macərasını 18 oyun 9 qol göstəriciləri ilə tamamladı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul