Qurban Qurbanov yığmanın baş məşqçisidi? – qardaşlarımız belə yazır

22.08.2026 14:29 63
Ölkə futbolu / Aktual
Bu fotonu dünən “bursaporluyuz.org” saytı paylaşıb. Özü də bu sözlərin müşayiəti ilə:

“Azərbaycan milli futbol komandasının baş məşqçisi Qurban Qurbanov “Bursaspor”un “Fatih Karagümrük” matçını izləmək üçün tribunada yerini aldı. Qurbanov yaşıl-bəyazlı takımın Azərbaycan türkü oyunçusu Toral Bayramovu təqib edəcək".

...Fotoda yer alanlar isə yığmanın baş məşqçisi Ayxan Abbasovla milli komandanın direktoru İlqar Qurbanovdu. Kəsəsi, qardaşlarımız hər şeyi qarışdırıb. Keçmiş ola!

ORXAN