Aleksey Kaşuk "Qarabağ"da? - Qurban Qurbanov açıqladı

30.07.2024 22:40 3 198
Ölkə futbolu / Manşet
"Sabah"ın sabiq futbolçusu Aleksey Kaşukun "Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Linkoln"a qarşı keçirdiyi oyunda tribunada yer alması azarkeşlərin marağına səbəb olub.

"Football-plus.az" xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında mövzu haqda danışıb.

Təcrübəli mütəxəssis Kaşukun tribunada əyləşməsindən xəbərsiz olduğunu və futbolçunun Bakıya "Qarabağ"ın dəvətiylə gəlmədiyini deyib.

KƏNAN BAHADIR