"Football-plus.az" xəbər verir ki, "Qarabağ"ın keçmiş kapitanı Ağdam klubunun İsveçrə "Sürix"ini mübarizədən kənarlaşdırdığı (3:2, 2:2) oyundan sonra İnstaqram səhifəsində komandanın baş məşqçisi Qurban Qurbanovla şəklini paylaşıb.
Sadıqov paylaşımında qeyd edib:
"Azərbaycana sənin kimi oğul verdiyinə görə Allaha nə qədər şükür etsək yetməz".



