Jofre Torrents “Barselona”nı tərk edib.
"Football-plus.az" xəbər verir ki, yeniyyetmə müdafiəçi “Ayaks”a keçib. 19 yaşlı futbolçu Niderland klubu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayıb. Bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“De Telegraaf”ın məlumatına görə, bonuslar nəzərə alınmaqla transferin ümumi məbləği 6 milyon avroya bərabərdi.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Torrents 2025/26 mövsümündə La Liqada 3 oyunda meydana çıxıb.
“Barselona”nı tərk etdi
Dünya futbolu






