Rusiyalı Aleksey Batrakovun transferini tamamlayan ''Qalatasaray''la bağlı yeni bir iddia var.
"Football-plus.az" xəbər verir ki, hazırda komandada Viktor Osimhendən başqa mərkəz hücumçusu yoxdu. Ona görə də Türkiyə çempionu indi əsas diqqətini məhz bu mövqenin gücləndirilməsinə yönəlib.
Türkiyə mətbuatının yazdığına inansaq, İstanbul nəhəngi ''Ştutqart''lı Ermedin Demiroviçin transferini bitirməyə çalışır. Almaniya klubu 15 milyon avroluq ilk təklifi geri çevirdikdən sonra ''sarı-qırmızılar'' bu dəfə təklifi 20 milyon avroya yüksəldiblər. Bu məbləğ şvabiyalıları razı salıb və iddialara inansaq, tərəflər arasında artıq ilkin anlaşma əldə olunub. Hazırda ''Qalatasaray'' futbolçunun özü ilə anlaşmanın şərtlərini müzakirə edir.
Bosniya və Herseqovina yığmasının üzvü 2020-dən bu yana karyerasını Almaniyada davam etdirir. Daha öncə ''Frayburq'' və ''Aqusburq''da forma geymiş 28 yaşlı forvard 2024-dən ''Ştutqart''ın şərəfini qoruyur. Vinger kimi hər iki cinahda da oynamağı bacaran Demiroviç ötən mövsüm iştirak etdiyi 38 rəsmi oyunda aktivinə 15 qol, 5 məhsuldar ötürmə yazıb.
''Qalatasaray'' bosniyalı hücumçu ilə anlaşmağa yaxındı
Dünya futbolu






