Klublarımızdan UEFA reytinqində rekord

21.08.2026 20:30 6
Ölkə futbolu
Azərbaycan klublarının UEFA reytinqində topladığı xalların sayı 3,375-ə yüksəlib.

"Football-plus.az" xəbər verir ki, bu, “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsinin ilk matçındakı qələbəsindən sonra gerçəkləşib.

Ağdam klubu “Tvente”ni Niderlandda 1:0 hesabı ilə məğlub edib. Bununla da “Qarabağ”ın ölkə reytinqinə töhfəsi 1,250-yə yüksəlib. "Qarabağ" bu göstəricidə “Sabah”a çatıb. Digər təmsilçilərimizdən “Zirə” 0,625, “Neftçi” 0,250 xal əldə edib.

Bu, Azərbaycan klublarının əsas mərhələlərə (qrup və ya liqadan başlayaraq) qədər olan müddət üçün rekord göstəricisidir. Klublarımız heç vaxt təsnifat və pley-off mərhələlərində bu qədər xal toplamamışdı. Bunadək rekord 3,125-ə bərabər idi. 2015/16 mövsümündə qeydə alınan həmin rekord 11 il sonra yenilənib və cavab görüşlərində göstərici daha da arta bilər.

Azərbaycan cari mövsümdə UEFA əmsallar cədvəlində bonuslarsız ən çox xal qazanan iki ölkədən biridir. Latviya da eyni xal əldə edib. Ümumi siyahıda 6-cı yerə şərik olan Azərbaycanla Latviya bonuslar hesabına öndə qərarlaşan Portuqaliya, İspaniya, Almaniya, İtaliya və İngiltərədən geri qalır.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul