Avrokubokların əsas mərhələlərində bu həftə keçirilən matçlardan sonra ölkələrin UEFA reytinqi yenilənib.
"Football-plus.az" xəbər verir ki, təmsilçimiz "Qarabağ" ötən gecə Avropa Liqasının əsas mərhələsinin 6-cı turunda "Elfsborq"a uduzub - 0:1.
Oyunlardan sonra Azərbaycanın da sıralamadakı mövqeyi dəyişib. Aktivində 19,625 xal olan ölkəmiz siyahıda 1 pillə geriləyib və 28-ci yerdədi.
Azərbaycan cari mövsümdə 2,875 xal qazanıb. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
UEFA reytinqinə İngiltərə liderlik edir (99,374 xal).
UEFA reytinqində gerilədik
Avrokuboklar





