"Qarabağ"ın mərhələ adlaması növbəti əmsalları qazandırdı - UEFA REYTİNQİ

23.02.2024 10:31 257
Ölkə futbolu
“Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanaraq, ölkəmizə UEFA reytinqində növbəti əmsalları qazandırıb.

"Football-plus.az" xəbər verir ki, Ağdam klubunun mərhələ adlaması ölkə reytinqinə daha 0,250 əmsal əlavə edib.

Nəticədə Azərbaycanın cari mövsümdəki əmsalı 5,625-ə çatıb.

Son 5 mövsümdəki ümumi əmsallar 19,875-ə bərabərdi. Bununla da Azərbaycanın UEFA reytinqində cari mövsümü ən azı 27-ci pillədə başa vuracağı dəqiqləşib.

Reytinqə 100,803 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,614) ikinci, İtaliya (84.855) isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubunu üstələyib. Səfərdə rəqibinə qalib (4:2) gələn Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda əlavə vaxtda məğlub (2:3) olsa da, 1/8 finala yüksəlib.