Bir müddət öncə İspaniyaya geri dönən Enes Ünalın ''Xetafe''də ikinci dönəmi uğurlu şəkildə start götürüb.
Konfrans Liqasında təsnifat mərhələsinin pley-offunda ''Xetafe'' Serbiya təmsilçisi ''Partizan''ı qəbul edib. Madrid klubu 3:1 hesablı inamlı qələbə qazanıb. Hesabı məhz türkiyəli futbolçu açıb. 10-cu dəqiqədə cinah asmasını dəqiq tamamlayan Enes qələbə qolunun müəllifi olub.
Təcrübəli forvard sanki bu klubda özünü evdəki kimi hiss edir. Enes daha öncə 3,5 il bu klubda forma geyib. O, ''Xetafe''də ümumilikdə 37-ci qolunu vurdu və hazırda klub tarixinin ən məhsuldar oyunçuları siyahısında 6-cı pillədədi.
29 yaşlı futbolçu 2024-ün yanvarında bu yana şərəfini qoruduğu premyer-liqa təmsilçisi ''Bornmut''da 58 rəsmi oyunda aktivinə yalnız 5 qol yaza bildi.
Türkiyəli forvard İspaniyaya dönüşünü qolla qeyd etdi
Dünya futbolu






