"Qarabağ" uduzduğu rəqibin futbolçusuna elçi düşdü - 2 milyon avroluq transfer!

19.08.2026 11:00 100
Ölkə futbolu / Aktual
“Qarabağ”ın maraq göstərdiyi Sofiya ÇSKA-sının yarımmüdafiəçisi Ceyms Eto’o ilə bağlı yeni məlumat yayılıb.

"Football-plus.az" xəbər verir ki, “Tema Sport” ÇSKA-nın kamerunlu futbolçunun transferindən ən azı 2 milyon avro qazanmaq istədiyini yazıb.

Hətta Sofiya klubu “Qarabağ”dan daha yüksək məbləğ də tələb edə bilər. ÇSKA-nın danışıqlarda mövqeyini gücləndirən əsas amil Eto’o ilə müqavilənin əvvəlcədən 2028/29 mövsümünün sonunadək uzadılmasıdı.