Millimiz Belarusa böyük hesabla uduzdu

17.08.2026 16:45 47
Ölkə futbolu
15 yaşadək qızlardan ibarət millimiz Qazaxıstanda təşkil olunan UEFA İnkişaf Turnirində son oyuna çıxıb.

"Football-plus.az" xəbər verir ki, yığma Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Şimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüş rəqib komandanın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

U-15 turnirdə əvvəlki oyunlarını Qazaxıstan (1:2) və Rusiya (0:13) yığmalarına qarşı keçirib.