Millimiz Qazaxıstan yığmasına qalib gəldi

27.04.2026 17:43 31
Ölkə futbolu
17 yaşadək futbolçulardan ibarət millimiz UEFA İnkişaf Turnirində ikinci oyuna çıxıb.

"Football-plus.az" xəbər verir ki, yığma Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qazaxıstanın Çimkənd şəhərində yerləşən “Namys” stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolu 18-ci dəqiqədə Ruslan Quliyev vurub.

Oyundan sonrakı penaltilər seriyasında daha dəqiq oynayan Aqil Nəbiyevin yetirmələri 4:2 hesablı qələbə qazanıb.

U-17 turnir çərçivəsində son oyununu aprelin 30-da Pakistan yığmasına qarşı keçirəcək.