Bu gün premyer-liqanın ilk turunda “Şəfa” “Zirə”yə 0:2 uduzdu.
“Football-plus.az” qonaqların baş məşqçisi Zaur Həşimovun mətbuat konfransından hesabatı təqdim edir.
- İlk tur üçün maraqlı oyun alındı. Püxtələşmiş komandaya qarşı mübarizə apardıq. Komanda ümumilikdə pis deyildi. Heyəti sıfırdan yığmışıq. Bəzi futbolçular bir həftədi bizimlədi. Bunu nəzərə almaq lazımdı. Bizə daha çox vaxt lazımdı.
- Debütant bir komanda üçün transferlər çox olub. Siz transferlərdən razısız? Elitada qalmağa bəs edir?
- Mən bura gələndə 12 nəfərlə başlamışdıq. Həm legioner, həm də akademiyadan yeni futbolçular cəlb etmişik. Bəzi mövqelərə isə nəinki əcnəbi, heç yerli futbolçu da tapa bilmədik. Bu səbəbdən rəhbərliklə əlaqə saxlamışıq.
- Andrey Draqunu 11 nömrəli formada gördük. Hücumçu olmadığından ona bu nömrəni vermisiz?
- Nömrənin mövqe ilə əlaqəsi yoxdu. Özü bu nömrəni seçib. Bəzən istədiyi nömrə boş Olanda futbolçulara öz rəqəmini seçməyə imkan veririk.
- Dediniz ki, vaxt lazımdı. Uğursuzluqlar davam edərsə, uğur qazanmaq üçün nə qədər vaxta ehtiyac var?
- Mən vaxt dedikdə daha çox matçı nəzərdə tuturam. Komandaya pozitiv yanaşmaq lazımdı.
- Ötən mövsüm ən yaxşı çıxış edən futbolçulardan Arsen Ağcabəyovu transfer etmişdiz. Bu gün oynayan müdafiəçilər həqiqətən ondan güclü olduğundan ona şans vermədiz?
- Arsen yoxlama görüşlərində zədə alıb. Bu səbəbdən bu gün ona şans vermədik.
İSRAYIL XEYRULLAYEV