Gözlənildiyi kimi, Kristian Romero “Tottenhem”i tərk edib.
"Football-plus.az" xəbər verir ki, mərkəz müdafiəçisi karyerasını “Atletiko”da davam etdirəcək. Madrid klubu 28 yaşlı argentinalı futbolçunun transferini rəsmən açıqlayıb. Romero ilə müddəti 2031-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.
İnsayder Fabritsio Romanonun məlumatına görə, “Atletiko” transfer üçün “Tottenhem”ə 40 milyon avro ödəyəcək. İngiltərə klubu futbolçunun gələcək satışından 15 faiz pay da alacaq.
2022-ci ildən “Tottenhem”də çıxış edən Romero komandada bütün turnirlərdə 156 matça çıxıb, 13 qol vurub və 7 məhsuldar ötürmə edib.