Kristian Romero “Tottenhem”ə çox lazımdı.
İngiltərə klubu futbolçusunu “Real”a satmaqdan imtina edib. “TyC Sports”un yaydığı məlumata görə, Madrid klubu 26 yaşlı müdafiəçinin transferi üçün londonlularla əlaqə qurub. Lakin “Tottenhem” rəhbərliyi danışıqlar aparmayacaqlarını və futbolçunun satılmadığını bildirib.
Romeronun “Tottenhem”lə müqaviləsinin müddəti 2026-cı ilə qədərdi. Arentinalı futbolçu ötən mövsüm premyer-liqada 33 oyun keçirib və 5 qol vurub.