"Sabah" "Makkabi"nin tarixi şansını 45 faizə endirib - "Football Meets Data"

1.08.2024 14:58 451
Aktual / Ölkə futbolu
"Sabah" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında "Makkabi"ni qəbul edəcək.

Bu yöndə müzakirə edilən mövzulardan biri də oyunöncəsi proqnozlardı. "Football Meets Data" da məhz bu məqama toxunub.

"Football-plus.az" xəbər verir ki, statistika portalı "Makkabi"nin Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq şansının 45 faiz olduğunu yazıb. Çünki komandanın 2-ci təsnifat mərhələsindəki rəqibi "Sabah" ilk oyunda böyükhesablı qələbə qazanmaqla yanaşı, ikinci matçın da favoriti sayılır. Nəticədə "Makkabi"nin nəinki əsas mərhələ, 3-cü təsnifat mərhələsi arzusu belə real görünmür.

Xatırladaq ki, cütün qalibi 3-cü təsnifat mərhələsində "Sent Patriks" (İrlandiya) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibiylə qarşılaşacaq.

KƏNAN BAHADIR