“Roma” Rik Karsdorpla yolları ayırıb.
İtaliya klubunun rəsmi saytının məlumatına görə, 29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Niderlandlı oyunçu “Roma”da 2017-ci ildən çıxış edirdi. O, komanda ilə Konfrans Liqasının qalibi olub. Karsdorpun ötən mövsüm 28 oyunda meydana çıxdığını və 3 məhsular ötürmə etdiyini də bildirək.