“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”

14.08.2026 13:13 18
Dünya futbolu
Polşan “Rakuv”u Mahir Emreli ilə bağlı paylaşım edib.

"Football-plus.az" xəbər verir ki, Çenstoxova təmsilçisi sosial şəbəkə hesabında 29 yaşlı futbolçunun fotosunu yayımlayaraq yazıb:

“Sabahınız xeyir, Medaliklər! (“Rakuv” azarkeşləri - red.) Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir! Növbəti missiya isə artıq bazar günü bizi gözləyir!”

“Rakuv” dünən Konfrans Liqasında “Hammarbü”nü (İsveç) mübarizədən kənarlaşdıraraq pley-off mərhələsinə yüksəlib.

Avqustun 16-da onlar Polşa çempionatının 4-cü turunda səfərdə “Krakovia” ilə qarşılaşacaqlar.