"Qarabağ"ın pley-off mərhələsindəki rəqibi bəlli oldu

13.08.2025 00:13 16
Avrokuboklar
“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, yarışın 3-cü təsnifat mərhələsinin bu gün keçirilən digər bir matçında “Ferentsvaroş” (Macarıstan) Budapeştdə Bolqarıstan çempionu “Ludoqorets”i qəbul edib. Cavab oyununda “Ferensvaroş” 3:0 hesabı ilə qələbə qazanıb və “Qarabağ”a rəqib olub. Qolları Barnabaş Varqa (38, 79) və Qabor Salai (86) vurub.

Xatırladaq ki, bu komandaların ilk matçı 0:0 hesabı ilə başa çatıb.