"Zirə"dən növbəti transfer

24.06.2023 16:29 278
Ölkə futbolu
“Zirə” yeni futbolçu ilə anlaşıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi Ruan Renatonu heyətinə qatıb. 29 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, braziliyalı futbolçu daha əvvəl ölkəsinin “Santa Rita”, “Quaraçinqeta”, “Yuventude”, “Vitoriya”, “Fiqeyrense”, “Botafoqo”, “Ponte Preta”, Avstriyanın “Austria Vyana”, həmçinin ölkəmizdə “Qəbələ”nin şərəfini qoruyub.