“Qəbələ” braziliyalı müdafiəçi ilə müqavilə bağlayır

28.06.2023 11:55 622
Aktual / Ölkə futbolu
Yeni mövsümün hazırlıqlarına start verən “Qəbələ” heyəti gücləndirmək yönündə çalışmalarını davam etdirir. Mövsümlərarası fasilədə Ruan Renatonu düşərgədə saxlaya bilməyən “qırmızı-qaralar” yeni stopperlə anlaşmaq üzrədi.

“Football-plus.az”a daxil olan məlumata görə ölkə kubokunun son qalibi ötən mövsüm Portuqaliya təmsilçisi “Eştoril”in şərəfini qoruyan Lukas Afrikonu “rənglərinə bağlamaq” istəyir.

28 yaşlı braziliyalı mərkəz müdafiəçisi karyerası ərzində “Eştoril”lə yanaşı, Portuqaliyada “Maritimu”, vətənində isə “Londrina”nın formasını geyinib.

Onu da qeyd edək ki, Lukas geridə qalan “futbol ili”ndə “Eştoril”in heyətində ümumilikdə 8 oyuna çıxıb.

“Qırmızı-qaralar”ın mətbuat katibi Anar Hacı “Football-plus.az”a açıqlamasında söylənilənləri təsdiqlədi:

“Braziliyalı futbolçu plan üzrə öncə “West Hospital”da tibbi müayinədən keçəcək. heç bir problem olmasa, münasibəti rəsmiləşdirəcəyik”.

RƏŞAD