Salahın aqibəti necə olacaq?

8.07.2024 11:59 308
Dünya futbolu
Nəhayət, Məhəmməd Salahın məsələsinə aydınlıq gəlib.

“Liverpul” rəhbərliyi komandanın aparıcı futbolçusu ilə bağlı qərar verib. “Mirror” qəzetinin xəbərinə görə, İngiltərə klubu misirli hücumçu ilə müddəti 2025-ci ilin yayında başa çatacaq müqaviləni yeniləyəcək.

Salah “Liverpul”da 2017-ci ilin yayından çıxış edir. O, qırmızı formada 349 matçda iştirak edib, 211 qol vurub və 89 məhsuldar ötürmə edib.