Salahın məsələsinə aydınlıq gəldi

7.09.2023 18:21 216
Dünya futbolu
Məhəmməd Salahın məsələsinə aydınlıq gəlib.

“Football-plus.az” xəbər verir ki, o, bu ay “Liverpul”u tərk etməyəcək. “Foot Mercato”nun yaydığı xəbərdə misirli futbolçunun “Əl-İttihad”a keçməyəcəyi bildirilib. Səudiyyə Ərəbistanı klubunun Salaha görə 100 milyon avroluq təklifi geri çevrilmişdi. Bəzi mənbələr “Əl-İttihad” rəhbərliyinin 200 milyon funt sterlinq təkliflə ingilisləri yola gətirməyə çalışacağını da iddia etmişdi.