“Sumqayıt” – “Kəpəz” oyununun vaxtı dəyişdirildi

26.02.2024 15:52 265
Ölkə futbolu
Misli premyer-liqasının 25-ci turunun cədvəlində dəyişiklik edilib.

"Football-plus.az" xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

“Sumqayıt” – “Kəpəz” oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi 16.00-da yox, 19.00-da başlayacaq. Buna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işıqlandırma sistemi ilə bağlı bütün prosedurların yekunlaşması səbəb olub.

Qeyd edək ki, turun açılış matçı martın 1-də keçiriləcək.