"Neftçi" - "Sabah" oyununun yeri dəyişdirildi

14.08.2024 15:15 367
Ölkə futbolu
Misli premyer-liqasının 3-cü turunda keçiriləcək "Neftçi" - "Sabah" oyununun yeri dəyişdirilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Paytaxt təmsilçisi “Neftçi Arena”da ot örtüyünün yararsız hala düşməsi və stadionda aparılan bərpa işləri ilə əlaqədar PFL-ə müraciət edib.

Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi “Neftçi Arena”da deyil, “Liv Bona Dea Arena”da baş tutacaq.

Bundan əlavə, 5-ci turun "Neftçi" - "Şamaxı" oyunu ilə 13-cü turun “Şamaxı” – “Neftçi” matçının yeri dəyişdirilib. Qeyd olunan dəyişiklik klubların əvəzedici heyətlərinin oyununa şamil edilmir.

“Neftçi Arena” stadionunda ot örtüyünün bərpa işləri 7-ci turda keçiriləcək “Qarabağ”la oyuna qədər yekunlaşacaq.

Qeyd edək ki, "Neftçi" - "Sabah" görüşü avqustun 18-də saat 20.30-da start götürəcək.