PSJ heyətinə daha bir futbolçu cəlb edib.
"Football-plus.az" xəbər verir ki, Fransa klubu “Malyorka”nın və Koreya millisinin yarımmüdafiəçisi Li Kan İni transfer edib.
22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Li Kan PSJ-nin tarixinə ilk cənubi koreyalı oyunçu kimi düşüb.
Qeyd edək ki, o, 2022/23 mövsümündə “Malyorka”nın heyətində 39 oyuna çıxıb, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.