“İnter”in hücumçusu Lautaro Martines “Çelsi”nin maraq dairəsindədi.
"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu yayda futbolçunu almağa çalışacaq. Transfer məbləği təxminən 75 milyon avro təşkil edə bilər. Yeni mövsümdən komandaya başçılıq edəcək Maurisio Poçettino argentinalı futbolçunu sərəncamında görmək istəyir.
Lautaro bu mövsüm “İnter”in heyətində bütün turnirlərdə 47 oyuna çıxıb, 21 qol vurub və 7 məhsuldar ötürmə edib.