Klubunda yubiley qolunu vurdu

17.04.2025 18:51 7
Dünya futbolu
“Bavariya” ilə cavab oyunu Lautaro Martines üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, o, “İnter”in heyətində 150 ​​qol həddinə çatıb.

Argentinalı futbolçu buna Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında (2:2) 1 qol vuraraq buna nail olub. Martines “İnter”in tarixində 150 qol həddinə çatan ilk əcnəbi oyunçu olub.

Kapitan həm də komandada Çempionlar Liqasında ardıcıl 5 oyunda qol vuran ilk futbolçu olub.

İtaliya klubunda 2018-ci ildən çıxış edən 27 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 43 oyuna 21 qol vurub və 6 məhsuldar ötürmə edib.